İngiltərənin "Çelsi" klubu qışda heyətinə qatdığı David Datro Fofananı icarəyə verib.
Sportal.az xəbər verir ki, London təmsilçisi 20 yaşlı hücumçunu "Union Berlin"ə göndərib. Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Fil Dişi Sahilindən olan forvard 2023/2024 mövsümünü icarə əsasında "Union Berlin"də keçirəcək.
Qeyd edək ki, "Çelsi" David Datro Fofananı bu ilin yanvar ayında "Molde"dən transfer edib. Gənc futbolçu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi