Türkiyənin "Fənərbaxça" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Eyüpspor"dan Umut Nayırı rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Fənərbaxça" 30 yaşlı forvardla 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Umut Nayır son mövsümü icarə əsasında "Ümraniyespor"da keçirib. Türkiyə millisinin üzvü son mövsümdə Super Liqada meydana çıxdığı 31 matçda 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi