Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev Tailandın "Buriram Yunayted" klubunda debüt edib.
Sportal.az xəbər verir ki, 27 yaşlı forvard "Utai Tani"yə qarşı keçirilən hazırlıq matçında iştirak edib. Qarşılaşma həmyerlimizin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Ramil Şeydayev "Qarabağ"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Buriram Yunayted"ə keçib. O, klubla 2025-ci ilin iyun ayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
saytlarin hazirlanmasi