Futbol üzrə İsveç çempionatında 17-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" doğma meydanda lider "Elfsborq"u qəbul edib. Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Musa Qurbanlı da bu görüşün iştirakçısı olub. 21 yaşlı forvard 58-ci dəqiqədə meydana daxil olub.
17 turdan sonra 30 xal toplayan "Yurqorden" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi