Cənubi Koreya çempionatında 24-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tejon Xana Sitizen" doğma meydanda "Saequ"nu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 25 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 66-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
24 turdan sonra 33 xal toplayan "Tejon Xana Sitizen" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi