Daha bir məşhur futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, adıçəkilən ölkənin klublarından biri "İnter"in kapitanı Lautaro Martinesə cəlbedici təklif göndərib. Bu barədə "TYC Sports" nəşri məlumat yayıb.
Xəbərdə bildirilir ki, ərəblər argentinalı hücumçuya ümumilikdə 240 milyon avro qazanacağı 4 illik müqavilə təklif edib. Futbolçu hələ ki, təklifə cavab verməyib.
Qeyd edək ki, "İnter" Lautaro Martinesi 2018-ci ilin yayında Argentinanın "Rasinq" klubundan transfer edib. 25 yaşlı forvard Milan təmsilçisinin heyətində meydana çıxdığı 238 rəsmi matçda 102 qol və 36 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi