İtaliyanın "Fiorentina" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Florensiya təmsilçisi "Yuventus"un yarımmüdafiəçisi Artur Melonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı orta xətt oyunçusu 2023/2024 mövsümünü icarə əsasında "Fiorentina"da keçirəcək. "Bənövşəyilər" 20 milyon avro ödəyərək futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, "Yuventus" Artur Melonu 2020-ci ilin sentyabr ayında "Barselona"dan transfer edib. 26 yaşlı oyunçu son mövsümü icarə əsasında "Liverpul"da keçirib.
saytlarin hazirlanmasi