Türkiyənin "Qalatasaray" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Qaziantep"də çıxış edən Günay Güvençi rənglərinə bağlayıb. "Sar--qırmızılar" 32 yaşlı qolkiper üçün onun klubuna 500 min avro ödəyəcək.
Qeyd edək ki, Günay Güvenç "Qaziantep"ə 2018-ci ilin yayında "Göztepe"dən keçmişdi. Təcrübəli "əlcək sahibi" son mövsümün ikinci yarısını icarə əsasında "Kasımpaşa"da keçirib.
saytlarin hazirlanmasi