Premyer Liqa klubu 30 milyona hücumçu aldı

19:27 - 29 Avqust 2023

İngiltərənin "Everton" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Udineze"dən Betonu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Everton" 25 yaşlı forvard üçün İtaliya klubuna 30 milyon funt-sterlinq təzminat ödəyib. Portuqaliyalı hücumçu Liverpul təmsilçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Udineze" Betonu 2022-ci ilin yayında "Portimonense"dən transfer etmişdi. O, A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 65 rəsmi matçda 22 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti