"Qalatasaray"ı İstanbulun digər klubuna dəyişdi

20:49 - 29 Avqust 2023

Türkiyənin "Pendikspor" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Super Liqanın debütantı "Qalatasaray"dan ayrılan Alpaslan Öztürkü rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi 30 yaşlı mərkəz müdafiəçisi ilə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Alpaslan Öztürk 2021-ci ilin yayından "Qalatasaray"da çıxış edirdi. Təcrübəli arxa xətt oyunçusu son mövsümü icarə əsasında "Eyüpspor"da keçirib.

Xəbər xətti