Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiya" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Sloveniya təmsilçisi Albaniya "Eqnatiya"sından Redi Kasanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı albaniyalı hücumçu 2023/2024 mövsümünü icarə əsasında Lyublyana təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Qarabağ"la "Olimpiya" arasında Sloventiyada baş tutan ilk oyun Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab qarşılaşması sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi