Sabiq "Beşiktaş"lı İstanbulun digər klubunda

17:13 - 31 Avqust 2023

Türkiyənin "Başakşehir" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Torino"dan Emirhan İlkhanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı yarımmüdafiəçi 2023/2024 mövsümünü icarə əsasında Super Liqa təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, "Torino" Emirhan İlkhanı 2022-ci ilin yayında "Beşiktaş"dan transfer edib. Türkiyə U-21 millisinin üzvü son mövsümün ikinci yarısını icarə əsasında "Sampdoriya"da keçirib.

Xəbər xətti