Bonuççi Almaniya klubuna keçdi

17:31 - 31 Avqust 2023

"Yuventus"un müdafiəçisi Leonardo Bonuççi karyerasını Almaniyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, 36 yaşlı futbolçu "Union Berlin"ə keçir. Bu barədə jurnalist Canluka Di Martsio məlumat yayıb.

İtaliya millisinin üzvü artıq Berlindədir. Təcrübəli mərkəz müdafiəçisi Bundesliqa təmsilçisi ilə 1+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Yuventus" Leonardo Bonuççini 2010-cu ilin yayında "Bari"dən transfer edib. Arxa xətt oyunçusu Turin təmsilçisinin heyətində meydana çıxdığı 502 rəsmi matçda 37 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti