"Mançester Yunayted"dən ayrılan Meyson Qrinvud karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 21 yaşlı vingerin xidmətində "Beşiktaş" maraqlıdır. Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Qrinvuda bir neçə İngiltərə klubu maraq göstərsə də, təzyiqlər nəticəsində həmin klublar transferdən vaz keçib. Gənc oyunçunun "Beşiktaş"a keçmək ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Meyson Qrinvud təcavüzdə ittiham olunaraq bir müddət həbsdə qalıb.
saytlarin hazirlanmasi