İngiltərənin "Aston Villa" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Birmingem təmsilçisi "Barselona"dan Klemen Lanqleni icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı mərkəz müdafiəçisi 2023/2024 mövsümünü icarə əsasında Premyer Liqa təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Barselona" Klemen Lanqleni 2018-ci ilin yayında "Sevilya"dan ntransfer edib. Fransalı arxa xətt oyunçusu son mövsümü icarə əsasında "Tottenhem"də keçirib.
saytlarin hazirlanmasi