"Barselona"nın daha bir futbolçusu Premyer Liqada - RƏSMİ

19:14 - 1 Sentyabr 2023

İngiltərənin "Brayton" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Barselona"dan Ansu Fatini icarəyə götürüb. Bu barədə "qağayılar"ın mətbuat xidməti məlumat yayıb.

20 yaşlı vinger 2022/2023 mövsümünü icarə əsasında "Brayton"un heyətində keçirəcək.

Ansu Fati "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü cari mövsümdə komandanın heyətində 3 La Liqa  matçında meydana çıxıb.

Qeyd edək ki, "Barselona"  bu gün müdafiəçisi Klemen Lanqleni "Aston Villa"ya icarəyə verib.

Xəbər xətti