Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Molde"də ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Norveç təmsilçisinin yarımmüdafiəçisi Sivert Mannsverk "Ayaks"a keçib. Bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Molde" bu keçiddən bonuslarla birlikdə 8,5 milyon avro qazanacaq. 21 yaşlı orta xətt oyunçusu Niderland klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının H qrupunda "Molde" ilə yanaşı "Bayer" (Leverkuzen, Almaniya)) və "Hakken"lə (İsveç) mabarizə aparacaq.
saytlarin hazirlanmasi