"Qalatasaray"dan ayrılan futbolçu Yaponiya klubunda - RƏSMİ

16:56 - 3 Sentyabr 2023

"Qalatasaray"dan ayrılan Xuan Matanın yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi karyerasını Yaponiyada davam etdirəcək. Təcrübəli oyunçu "Vissel Kobe"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Xuan Mata ötən ilin yayında "Mançester Yunayted"dən ayrıldıqdan sonra "Qalatasaray"a keçmişdi. İspaniyalı dünya çempionu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti