Kriştiano Ronaldodan tarixi göstərici

17:19 - 3 Sentyabr 2023

"Əl Nəssr"in hücumçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Sportal.az xəbər verir ki, portuqaliyalı forvard buna Səudiyyə Ərəbistanı çempionatının 5-ci turunun "Əl Həzm"lə matçında (5:1) qol vurmaqla nail olub. 38 yaşlı futbolçu karyerası ərzində 850-ci qolunu vurub.

Ulduz futbolçu 850 qol həddinə çatan ilk futbolçu kimi tarixə düşüb.

Kriştiano Ronaldo qollarının 123-nü Portuqaliya millisində, 450-ni "Real"da, 145-ni "Mançester Yunayted"də, 101-ni "Yuventus"da, 5-ni "Sportinq"də, 26-nı isə "Əl Nəssr"də vurub.

Xəbər xətti