Futbol üzrə İsveç çempionatında 22-ci turun görüşləri davam edir.
Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Hekken" bu gün səfərdə "Degerfors"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
22 turdan sonra 44 xal toplayan "Hekken" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının H qrupunda "Hekken"lə yanaşı "Bayer" və "Molde" ilə mübarizə aparacaq.
saytlarin hazirlanmasi