İngiltərənin "Luton Taun" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqanın debütantı "Arsenal"dan Albert Sambi Lokonqanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belçikalı dayaq yarımmüdafiəçisi 2023/2024 mövsümünü icarə əsasında "Luton Taun"un heyətində keçirəcək.
Qeyd edək ki, Albert Sambi Lokonqanı 2021-ci ilin yayında "Anderlext"dən transfer edib. 23 yaşlı orta xətt oyunçusu son mövsümün ikinci yarısını icarə əsasında "Kristal Pelas"ın heyətində keçirib.
saytlarin hazirlanmasi