Türkiyə I Liqasında 23-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün azərbaycanlı futbolçular Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor"la Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" üz-üzə gəlir.
Komandaların meydana çıxacağı start heyətlər müəyyənləşib. Vüsal qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayacaq. Bəxtiyarın adı isə görüşün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Tuzlaspor" - "Boluspor" matçı bakı vaxtilə saat 14:30-da start götürəcək.
saytlarin hazirlanmasi