Türkiyə I Liqasında 23-cü turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün Bəxtiyar Həsənalızadənin şərəfini qoruduğu "Tuzlaspor" doğma meydanda Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor"u qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bəxtiyar bu matçın iştirakçısı olmayıb. Onun adı görüşün iştirak ərizəsinə daxil edilməyib. Vüsal İsgəndərli isə 85-ci dəqiqədə meydana daxil olub. 28 yaşlı yarımmüdafiəçi 90+2-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Xallarını 36-ya yüksəldən "Boluspor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 22 xalı olan "Tuzlaspor" isə 15-ci yerdədir.
saytlarin hazirlanmasi