Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” öz meydanında “Sivasspor”u qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard matça start heyətində başlayıb və 64-cü dəqiqədə əvəzlənib.
26 turdan sonra 29 xal toplayan "Hatayspor" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi