"Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqası pely-off mərhələsinin "Braqa" ilə cavab matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az klub rəhbərinin fikirlərini diqqətinizə çatdırır:
- İndiyə kimi dünya futbolunda bu qədər ləzzətli, hər saniyəsi həyəcan dolu çox az oyun görmüşəm. Bu gün "Qarabağ" sübut etdi ki, insanı uğura aparan ruhdur. Həmişə mübarizəyə davam etməlisən. 55-60 dəqiqə azlıqda oynadıq. Komanda son dəqiqəyə qədər mübarizə apardı. Bu, hamımıza ilhamdır. Bu gün tam başqa ruhla həyata atılırıq. Bu vətənə, bu xalqa aşiqəm. Qurban Qurbanovun, komandanın, xalqın, cənab prezidentin dəstəyi ilə "Qarabağ" bu gün xalqımıza ən gözəl hədiyyəni verdi. Kimsə bizim qarşımızda dayana bilməz.
- Hesab 0:2 olandan sonra nə fikirləşirdiniz?
- Dostuma mesaj göndərdim ki, hiss edirəm hər şey yaxşı olacaq. Bilirdim ki, tarixi gecə olacaq.
- Nəriman Axundzadənin qolu haqda nə deyə bilərsiniz?
- Söz tapa bilmirəm. O mənim əzizimdir. Mənim yerlimin bu tarixi qolu vurması ikinci ən gözəl hədiyyədir. Nərimanın gözlərindən öpürəm.
saytlarin hazirlanmasi