Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində təmsilçimiz "Qarabağ"ın da rəqibi müəyyənləşib.
Azərbaycan çempionu bu mərhələdə Leverkuzen "Bayer"i ilə qarşılaşacaq.
"Qarabağ" ilk matçını martın 7-də evdə, cavab qarşılaşmasını isə martın 14-də səfərdə keçirəcək.
Səpələnmişlər: "Atalanta" (İtaliya), "Brayton" (İngiltərə), "Bayer 04" (Almaniya), "Liverpul" (İngiltərə), "Reyncers" (Şotlandiya), "Slaviya" (Çexiya), "Vilyarreal" (İspaniya), "Vest Hem" (İngiltərə).
Səpələnməmişlər: "Milan" (İtaliya), "Benfika" (Portuqaliya), "Frayburq" (Almaniya), "Marsel" (Fransa), "Qarabağ" (Azərbaycan), "Roma" (İtaliya), "Sparta" (Çexiya), "Sportinq" (Portuqaliya).
saytlarin hazirlanmasi