"Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqası pley-off mərhələsinin "Braqa" ilə cavab matçından sonra açıqlamalar verib.
Sportal.az rus qolkiperin fikirlərini diqqətinizə çatdırır:
- Matç haqda nə deyəcəksən?
- Çətin və emosional oyun idi. Çox güc sərf etdik. Hər şeyi müəyyən edən nəticədir. Biz də, onu qazana bildik. Bütün ölkə üçün sevincli və tarixi bir andır.
- Hesab 0:2 rəqibin xeyrinə olandan sonra hansı hissləri yaşayırdın?
- Xoşagəlməz anlar idi. Səfər oyununun üstünlüyünü əldən verdik, amma nikbin qaldıq, çünki güclü komandamız var. Öz gücümüzə inanırdıq. Sonda məqsədimizə nail olduq.
- Qurban Qurbanov əlavə vaxtdan öncə sizi necə motivasiya etdi?
- Düzünü desəm, eşitmədim. Yaxşı olar ki, onun yanında dayananlardan soruşasınız. Çünki onun da səsi artıq batmışdı və eşitmək çətin idi. Amma vəziyyətimizi yaxşı başa düşürdüm. 10 oyunçu ilə oynayırsansa, dözməli olacaqsınız. Bu futboldur. Biz özümüz bu vəziyyətə düşmüşdük və başımız dik vəziyyətdən çıxmalı idik. Bunu da etdik.
- Meydanda 10 nəfərlə qalmağınız oyuna nə dərəcədə təsir etdi?
- Demək çətindir. Qırmızı vərəqəyə qədər yaxşı qol epizodlarımız da var idi. Onları reallaşdırsaydıq, daha sakit alınardı. Amma bu, futboldur və belə də olur. Dözdük və məqsədimizə çatdıq.
- Stadiondakı atmosferi necə, bəyəndiniz?
- Gec vaxtda və pis hava şəraitində bizə dəstək olduqları üçün azarkeşlərə təşəkkürümü bildirirəm. Düşünürəm ki, biz onların əvəzini qələbə ilə verdik. Bu, vacib faktdır - komanda və azarkeşlərin birliyi. Onlardan daha çox Premyer Liqa matçlarına da gəlmələrini xahiş edərdim. Onların heç olmasa yarısı daxili turnirlərə gəlsəydi, əla olardı.
Mirbağırağa
saytlarin hazirlanmasi