"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya milli komandasına dəvət olunub.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi 32 yaşlı qolkiperi yığmaya buraxmaya bilər. Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov TASS agentliyinə verdiyi açıqlamada bildirib:
"Andreyin milliyə çağırılmasına normal münasibət bəsləyirəm. Futbolçu yaxşı və ardıcıl oynayanda və milliyə çağırılanda həmişə sevinirəm. Onu buraxıb-buraxmamağımıza gəlincə, futbolçunun fikri də önəmlidir. Mənim üçün futbolçunun psixoloji hazırlığı da rol oynayır. Əgər bunun ona pis təsir etdiyini bilsəm, təbii ki, onu heç vaxt milliyə buraxmayacağam. Düşünürəm ki, Andrey özü də bu çağırışı qəbul etmək istəyəcək və bu, onun üçün əlavə motivasiya olacaq. Mən Lunyovun işindən razıyam, amma o, hələ də inkişaf edə bilər, bu onun maksimum səviyyəsi deyil. Ümid edirəm ki, o, tezliklə maksimuma çatacaq.Ola bilsin ki, onu milli komandaya buraxmayaq. Amma düşünürəm ki, bununla bağlı heç bir problem olmayacaq. Çünki biz hamımız peşəkarıq və vəziyyəti başa düşürük".
Qeyd edək ki, Rusiya millisi martın 21-də Serbiya ilə, 25-də isə Paraqvayla yoldaşlıq oyunu keçirəcək. Hər iki qarşılaşma Moskvadakı "VTB Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi