"Qarabağ" Avropa Liqası 1/8 final mərhələsinin ilk oyunda Bakıda "Bayer"lə 2:2 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Patrik Andrade matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Oyunu necə dəyərləndirirsən?
- Oyuna yaxşı başladıq. Birinci hissənin məntiqi nəticəsi kimi hesabda 2:0 önə keçdik. Rəqib ikinci yarıda hesabı bərabərləşdirməyi bacardı. Bu, sanki ağızda acı dad təəssüratı yaratdı.
- Üstünlüyü qorumaq üçün nə çatmadı?
- Bu, futboldur. Meydanda özümüz özümüzlə oynamırıq. Rəqib ikinci yarıda çoxlu qol epizodları yaratdı. Xüsusilə də oyunun sonlarına yaxın. Bunun nəticəsində hesabı bərabərləşdirdilər.
- Üstünlüyü əldən verdiniz. "Qarabağ" bu nəticəyə layiq idi?
- İstənilən halda iki top fərqli üstünlüyü əldən vermək məyusedicidir. Amma başımızı dik tutmalıyıq. Qarşıda "Zirə" ilə oyun var. Yaxşı hazırlaşmalıyıq.
- Cavab matçında belə oynamaq olar?
- Bilmək olmaz. Futbolda əvvəlcədən nəsə demək olmur. Hələ "Zirə" ilə oyuna köklənməliyik. Daha sonra "Bayer"lə cavab görüşünə hazırlaşacağıq.
saytlarin hazirlanmasi