Millinin hücumçusu Musa Qurbanlının "Yurqorden"dən nə vaxt ayrılacağı dəqiqləşib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, o, iyunun ortasında Azərbaycana dönəcək.
"Qarabağ" 22 yaşlı keçmiş forvardını 1 illik icarəyə götürəcək. Bununla bağlı Azərbaycan və İsveç klubları arasında razılıq əldə olunub.
Ötən ilin yayında Skandinaviya ölkəsinin yolunu tutan Qurbanlının “Yurqorden”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
İsveç çempionatında 2024 mövsümü martın sonunda başlayacaq. İlk turda “Göteborq”la “Yurqorden” birincilərin meydanında üz-üzə gələcəklər.
Qarşılaşma aprelin 1-də baş tutacaq.
saytlarin hazirlanmasi