II Liqada mübarizə aparan "Cəbrayıl" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisi Ruslan Əmircanovu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan milli komandasının sabiq üzvü ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Ruslan Əmircanov karyerası ərzində “Ümid”, “Ədliyyə”, “Karvan”, “Standard”, “Neftçi”, “İnter”, “Qəbələ”, AZAL və “Səbail” klublarında çıxış edib.