"Fənərbaxça"nın müdafiəçisi Ceyden Ostervolde karyerasını Fransada davam etdirməyə yaxındır.
Sportal.az xəbər 22 yaşlı futbolçunu "Marsel" transfer etmək istəyir. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Liqa 1 klubu sol cinam müdafiəçisi üçün İstanbul təmsilçisinə 12 milyon avro ödəməyə hazırdır. Yaxşın zamanda tərəflər arasında danışıqların başlayacağı gözlənilir.
Qeyd edək ki, "Fənərbaxça" Ceyden Ostervoldeni 2023-cü ilin yanvar ayında "Parma"dan transfer edib. Niderlandlı arxa xətt oyunçusu bu mövsüm komandanın heyətində meydana çıxdığı 39 rəsmi matçda 2 qol vurub. Onun Türkiyə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi