Almaniyanın Şimal-Şərq Regional Liqasında 27-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo" səfərdə "Lukkenvalde"nin qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
Rüfət Dadaşov da bu görüşün iştirakçısı olub. Meydana start heyətdə daxil olan 31 yaşlı forvard sonadək oynayıb.
27 turdan sonra 53 xal toplayan "Dinamo" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi