Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi "LKS Lodz" Polşa çempionatının 26-cı turunda səfərdə "Yaqelloniya"nın qonağı olacaq.
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu liderlə matçda oynamağa hazırdır. Bu barədə Lodz təmsilçisinin baş məşqçisi Marçin Matisyak məlumat verib:
"Rahil Məmmədov “Yagelloniya”ya qarşı oyuna hazırdır. Azərbaycan millisindən qayıdan müdafiəçi kollektivlə birlikdə məşqlərdə iştirak edir. O, "Yagelloniya" ilə çempionat matçında komandamıza kömək edəcək".
Qeyd edək ki, Rahil Məmmədov qış fasiləsində "Qarabağ"dan "LKS Lodz"a keçib. Təcrübəli mərkəz müdafiəçisi Polşa klubunun heyətində 7 çempionat matçında meydana çıxıb.
saytlarin hazirlanmasi