Aprelin 2-də “Bulvar Marriott Hotel”də AFFA-nın növbəti Konfransı keçiriləcək.
Sportal.az xəbər verir ki, saat 10:00-da başlayacaq Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi
2. Konfransın tərkibinin yoxlanılması
3. AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi
4. Maliyyə Hesabatları
5. Müstəqil auditorun hesabatı
6. AFFA prezidenti vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilərin keçirilməsi