"Qarabağ"ın kapitanı Maksim Medvedev Rusiya mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, "Metaratings.ru" saytına 34 yaşlı müdafiəçi baş məşqçisi Qurban Qurbanov haqda fikirlərini bildirib:
"Qurban Qurbanov “Qarabağ”a gələndə ilk addımlarımızı birlikdə atdıq. Çünki o, məşqçilik karyerasına yeni başlamışdı. Yaxşı və pis vaxtlarımız olub. Amma biz həmişə bir yerdə olmuşuq. Mənə fərdi yanaşdığı üçün onu böyük qardaş hesab edirdim. Başa düşürdü ki, qanım qaynayır, meydanda və meydandan kənarda çox səhvlər etdim. Həm də bəzi problemlərim olanda, həmişə onunla məsləhətləşmişəm.
Ən maraqlısı odur ki, mən ondan heç vaxt qorxmamışam, ancaq hörmət etmişəm. Qurban Qurbanov həmişə mənim problemimin həllini tapmağa çalışırdı. Çünki o, özümü meydanda nə qədər çətinə saldığımı və uduzmağı sevmədiyimi başa düşürdü. Demək olar ki, bütün karyeramızı birlikdə keçiririk və bütün nailiyyətlərimizə birlikdə çatırıq".
saytlarin hazirlanmasi