"Qalatasaray"ın transfer etmək istədiyi Eren Dinkçi Bundesliqada klubunu dəyişib.
Sportal.az xəbər verir ki, "Verder"in futbolçusu "Frayburq"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Frayburq" türk futbolçunun müqaviləsində yer alan 5 milyon avroluq sərbəstqalma məbləğini ödəyib.
Almaniya U-21 millisinin üzvü mövsüm bitdikdən sonra yeni komandasına qoşulacaq.
Qeyd edək ki, Eren Dinkçi bu mövsümü icarə əsasında "Haydenheym"da keçirir. O, komandanın heyətində meydana çıxdığı 27 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yada qalıb.
saytlarin hazirlanmasi