"Mançester Yunayted" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Nitsa"da çıxış edən Melvin Bardla maraqlanır. Bu barədə "Evening Standard" məlumat yayıb.
"Qırmızı şeytanlar" Fransa U-23 millisinin üzvü üçün mövsümün sonunda onun klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Nitsa" Evening Melvin Bardı 2021-ci ilin yayında "Lion"dan transfer edib. 23 yaşlı sol cinah müdafiəçisi bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi