"Real"ın futbolçusu Arda Gülər La Liqada komandasını dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Real Sosyedad" türk yarımmüdafiəçini icarəyə götürmək istəyir. Bu barədə ESPN məlumat yayıb.
"Real Sosyedad" 19 yaşlı oyunçunu bir mövsümlük heyətinə qatmaq üçün tezliklə Madrid təmsilçisi ilə danışıqlara start verəcək.
Qeyd edək ki, "Real" Arda güləri 2023-cü ilin yayında "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü "kral klubu"nun heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi