PSJ bu hücumçu üçün 130 milyon avro ödəməyə hazırdı

19:04 - 5 Aprel 2024

PSJ yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Fransa klubu "Napoli"nin forvardi Viktor Osimheni transfer etmək istəyir. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

Paris təmsilçisi nigeriyalı hücumçunun müqaviləsində yer alan 130 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

İngiltərə və Səudiyyə Ərəbistanı klubları da 25 yaşlı futbolçunu transfer etməyə çalışır.

Qeyd edək ki, "Napoli" Viktor Osimheni 2020-ci ilin yayında "Lill"dən transfer edib. Nideriya millisinin üzvü bu mövsüm Neapol təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti