"Qalatasaray" "Atletiko"nun 18 milyon avroluq təklifini qəbul etmədi

19:28 - 5 Aprel 2024

"Atletiko" hücum xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin əsas hədəfi "Qalatasaray"ın futbolçusu Nikolo Zanyolodur. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"Atletiko" icarə əsasında "Aston Villa"da çıxış edən 24 yaşlı vinger üçün istanbul klubuna 18 milyon avroluq rəsmi təklif göndərib. Lakin "Qalatasaray" bu təklifi qəbul etməyib.

Qeyd edək ki, Nikolo Zanyolo mövsümün əvvəlində "Aston Villa"ya icarəyə verilib. İtaliya millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol vurub. Onun "Qalatasaray"la müqaviləsinin müddəti 2027-ci ilin yayına kimidir.

Xəbər xətti