"Yuventus" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Lill"də çıxış edən Edon Jeqrovanı transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"Lill" kosovolu vinger üçün 10-15 milyon avro civarında təzminat tələb edir. "Yuventus" bu məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, "Lill" Edon Jeqrovanı 2022-ci ilin yanvar ayında "Bazel"dən transfer edib. Kosovo millisinin üzvü olan 25 yaşlı ön xətt oyunçusu bu mövsüm liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Fransa klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi