Cənubi Koreya çempionatında 6-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tejon Xana Sitizen" doğma meydanda "Pohanq Stilers"i qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
6 turdan sonra 5 xal toplayan "Tejon Xana Sitizen" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi