Futbol üzrə Ukrayna Premyer Liqasında 23-cü turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Emil Mustafayevin formasını geyindiyi "Polesye" səfərdə "Minay"ın qonağı olub. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Emil Mustafayev də bu oyunun iştirakçısı olub. 22 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 59-cu dəqiqədə komandasının 3-cü qolunu vurub.
Xallarını 36-ya yüksəldən "Polesye" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi