"Çelsi" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Atletik"də çıxış edən Niko Uilymsı transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Çelsi" transfer pəncərəsi açılmadan öncə 22 yaşlı vinger üçün Bilbao təmsilçisinə 43 milyon funt-sterlinqlik təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, Niko Uilyams "Atletik"in yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimdir.
saytlarin hazirlanmasi