"Vest Hem"in yarımmüdafiəçisi Lukas Paketa Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu "Mançester Siti"yə keçməyə yaxındır. Bu barədə "Foot Mercato" məlumat yayıb.
"Mançester Yunayted" 26 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə şəxsi şərtləri razılaşdırıb. Hazırda onun klubu ilə təzminatla bağlı danışıqlar davam edir.
Qeyd edək ki, "Vest hem" Lukas Paketanı 2022-ci ilin yayında "Lion"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi