KONKAKAF Çempionlar Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Lionel Messinin formasını geyindiyi "İnter Mayami" səfərdə "Monterrey"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
İki görüşün nəticəsinə görə 5:2 hesablı üstünlük əldə edən Meksika təmsilçisi yarımfinala yüksəlib. "İnter Mayami" isə turnirdə mübarizəni dayandırıb.
Lionel Messi bu matçda 90 dəqiqə meydanda olub. Argentinalı hücumçu komandasının yeganə qolunu vurub.
saytlarin hazirlanmasi