Futbol üzrə Niderland I Divizionunda 34-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "Yanq PSV"ni qəbul edib. Qarşılaşma qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Ozan Can da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 47-ci dəqiqədə komandasının ilk qolunun məhsuldar ötürməsini edib
34 turdan sonra 38 xal toplayan "Eyndhoven" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi