Futbol üzrə Türkiyə I Liqasında 30-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Sərtan Taşkının formasını geyindiyi "Manisa" doğma meydanda lider "Eyüpspor"u qəbul edib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
Sərtan Taşkın da bu görüşün iştirakçısı olub. 27 yaşlı sağ cinah müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
30 turdan sonra 33 xal toplayan "Manisa" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi