İtaliyanın "İnter" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Milan təmsilçisi "Mançester Yunayted"də çıxış edən Eron Uan-Bissakanı transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"İnter" "Mançester Yunayted"lə 1 illik müqaviləsi qalan 26 yaşlı sağ cinah müdafiəçisi üçün 13 milyon funt-sterlinqlik təklif göndərəcək.
Qeyd edək ki, "Mançester Yunayted" Eron Uan-Bissakanı 2019-cu ilin yayında "Kristal Pelas"dan transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi